İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Bilgin İsveç parlamentinin üzvü olan qızlarından danışdı: "Onlardan bəzən tələb edirlər ki... “  

831 22.12.2022 18:30 Region A A

 

“Qızlarım Aylin Fazelian və  Ayda Kərimli İsveç partiyalarının xətti üzə çalışırlar. Amma onlar ailədə azərbaycançılıq, türkçülük ruhunda böyüyüblər. Azərbaycanın sevincinə sevinir,  kədərinə kədərlənir. Bu faktı İsveçdə yaşayanlar yaxşı bilir.  Lakin bəzən onlardan tələb edirlər ki, Azərbaycan millət vəkili kimi çıxış etsinlər. Axı onlar İsveç millət vəkilləridir, İsveç partiyalarından seçiliblər.  Ona görə də bəzi tələblər etmək yanlışdır”.

 Bu sözləri Musavat.com-a açıqlamasında İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin deyib. O, qeyd edib ki, övladları həm Qarabağ, həm də Güney Azərbaycan məsələsində uğurlu addımlar atıblar:

“Təəssüflər olsun ki, xarici ölkələrdə millət vəkili və yaxud digər rəsmi orqanlarda çalışan soydaşlarımızın sayı çox azdır. Başqa ölkələrdə millət vəkili olan soydaşlarımız ola, ya olmaya. İsveçdə isə həm bir millət, həm də əyalət millət vəkilimiz var, amma onlardan çox istək tələb olunur.

Qızlarım Qarabağ məsələsində əllərindən gələni etdilər. Doğrudur, açıq mövqe ortaya qoya bilmədilər, çünki İsveçin siyasətinə uyğun hərəkət etməli idilər. Lakin Güney Azərbaycan məsələsi İsveçin siyasətinə uyğun gəldiyi üçün onlar açıq mövqe ortaya qoyublar. Hətta türk dilində danışaraq, mövqelərini ifadə edirlər. Bu əsasla baxsaq, mənim  övladlarım çox uğurlu addımlar atıblar”.

 

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR