İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın baş naziri: “Qərbin hegemonluğu sona çatdı”

985 05.03.2024 15:25 Dünya A A

Qərbin hegemonluğu sona çatdı və yeni dünya nizamı yaranır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Macarıstan səfirlərinin illik toplantısında Xarici İşlər Nazirliyində çıxış edən siyasətçi deyib: "Yeni dünya düzəni yaranır və vəziyyət daim qiymətləndirilməli və təhlil edilməlidir".

Macarıstanın baş nazirinin sözlərinə görə, bu gün heç kim Qərb hegemonluğunun sona çatmasına şübhə etmir.

Bundan əvvəl Orban bildirib ki, Ukraynadakı hərbi vəziyyət indi Rusiyanın maraqlarına uyğundur, zaman Qərbin tərəfində deyil. O vurğulayıb ki, münaqişəni Qərb qazanmayacaq və yalnız bir həll yolu var: sülh danışıqları gec-tez başlamalıdır. Macarıstanın baş naziri əlavə edib ki, bu, nə qədər tez baş verərsə, hamı üçün bir o qədər yaxşı olar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR