İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ukraynadan şikayət edəcək

523 19.07.2024 17:45 Dünya A A

Macarıstan Ukraynanın Rusiyadan neft nəqlinə mane olmasını qeyri-dost hərəkəti hesab edir və məsələni iyulun 22-də Avropa İttifaqı Şurasının Brüsseldə xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında qaldıracaq.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın “Drujba” kəmərinin cənub qolu ilə Macarıstan və Slovakiyaya neft tədarük edən Rusiyanın “Lukoyl” şirkətinə qarşı sanksiyalar tətbiq etməsini şərh edən Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

Nazir öz mövqelərini Ukraynaya çatdırdıqlarını bildirib:

“Bazar ertəsi mən bu məsələni Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasında qaldıracağam, çünki qəribədir ki, Avropa İttifaqına daxil olmağa çalışan bir ölkə Aİ-nin iki üzv dövlətinin enerji təchizatını ciddi şəkildə təhdid edir”.

Xatırladaq ki, Ukrayna “Drujba” ilə neft nəql edən “Lukoyl” şirkətinə qarşı sanksiya tətbiq edib. Nəticədə Macarıstan və Slovakiya kəmərlə neft ala bilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR