İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan prezidenti: "Ümumi hərbi mükəlləfiyyətin bərpa edilməsini planlaşdırmırıq"

322 27.03.2023 16:37 Son xəbər A A

Macarıstan Konstitusiyasına əsasən ölkənin silahlı qüvvələrinin ali baş komandanı olan Prezident Katalin Novak ölkənin cənub-qərbindəki Barç şəhərində turizm mərkəzinin açılışında tələbələrlə görüşüb və onların bir sıra suallarına cavab verib.

AZƏRTAC xəbər verir ki, söhbətin mövzuları arasında ölkədə ümumi hərbi mükəlləfiyyətin təkrarən tətbiq edilə biləcəyi məsələsi də olub. Məlum olduğu kimi, Macarıstan parlamenti 2004-cü ildə ümumi hərbi mükəlləfiyyəti ləğv edib. Prezident Novak bu praktikaya qayıtmağın mümkünlüyü barədə sualın cavabında etiraf edib ki, parlament fraksiyaları arasında bu məsələyə dair konsensus ilə bağlı çətinliklər mövcuddur. O deyib ki, Avropa İttifaqı ölkələrində bəzi liderlər Ukraynada davam edən müharibə ilə bağlı kəskin bəyanatlar verirlər. O vurğulayıb ki, NATO heç bir halda Rusiyaya qarşı müharibəyə qoşulmamalıdır. Onun sözlərinə görə, Macarıstan Rusiyanın təcavüzkarlığını pisləyir və Ukraynanı dəstəkləyir. Prezident Novak daha sonra əlavə edib ki, bir sıra ölkələrdə bu məsələyə dair debatlar aparılmasına baxmayaraq, o, ümumi hərbi mükəlləfiyyətin bərpa olunmasını mümkün hesab etmir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR