İnsanlara hürriyət, millətlərə istiqlal!

Mabel Matizdən narkotiklə bağlı ilk açıqlama

340 09.06.2026 02:21 Şou-biznes A A

Türkiyədə məşhurlara yönəlmiş narkotik araşdırması çərçivəsində adı hallanan müğənni Mabel Matiz haqqında açıqlanan test nəticələri müzakirələrə səbəb olub. Bildirilir ki, Məhkəmə Tibbi Ekspertiza Qurumunun apardığı müayinələr zamanı sənətçinin sidik və saç nümunələrində narkotik maddə izləri aşkarlanıb.

Məsələ ilə bağlı sosial media hesabında açıqlama yayan Mabel Matiz iddiaları qəti şəkildə rədd edib. Müğənni bildirib ki, rəsmi müayinələrlə eyni gün müstəqil laboratoriyada da test verib və həmin testin nəticəsi mənfi çıxıb. O, bu nəticəni ictimaiyyətlə paylaşaraq rəsmi hesabatda yanlışlıq ola biləcəyini vurğulayıb.

“Haqqımda həqiqəti əks etdirməyən xəbərlərin yayıldığını böyük üzüntü və təəccüblə öyrəndim. Sizi düzgün məlumatlandırmaq istəyirəm. Ortada mütləq bir yanlışlıq var”, – deyə sənətçi açıqlamasında qeyd edib.

Mabel Matiz əlavə edib ki, qan və saç analizlərinin yekun nəticələrini gözləyir və onların da mənfi olacağına əmindir. O, həmçinin Türkiyənin ədalət sisteminə güvəndiyini bildirərək, əgər hər hansı səhv baş veribsə, bunun qısa müddətdə aradan qaldırılacağına inandığını deyib.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR