İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı

3868 03.07.2026 10:56 Ölkə A A

İLK yayım tarixi - 2 iyul, 13:20

İyulun 3-də Bakıda 35 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR