İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun düşməni Avropaya səsləndi: “Onunla danışın!”

700 19.01.2026 20:15 Dünya A A

Azadlığa çıxmış belarus müxalifətçisi Mariya Kolesnikova Avropanı Lukaşenko ilə dialoqa çağırıb.

Musavat.com xəbər verir ki, keçmiş siyasi məhbus və 2020-ci il etirazlarının liderlərindən biri olan Kolesnikova “Financial Times”a verdiyi müsahibədə Avropa İttifaqını Lukaşenko rejimi ilə yaxınlaşmağa səsləyib.

Onun sözlərinə görə, Belarus nə qədər Avropadan təcrid olunursa, bir o qədər Rusiyaya yaxınlaşmağa məcbur olur. Bu isə Belarusu Avropa üçün daha az təhlükəsiz və daha az proqnozlaşdırıla bilən edir.

“Avropa ilə daha yaxın münasibətləri olan bir insan kimi başa düşə bilmirəm ki, nə üçün Avropa ABŞ-dən əvvəl Lukaşenko ilə danışıqlara başlamadı. Məsələn, Almaniyanın Belarusla ABŞ-dən qat-qat çox əlaqələri var”, - deyə o bildirib.

Kolesnikova əlavə edib ki, Belarusla bağlı məhdudiyyətlər “çox avropalaşmış belaruslar” üçün ağır zərbə olub:

“Bir vaxtlar ölkə Avropa İttifaqının verdiyi Şengen vizalarının sayına görə lider idi”.

Onun fikrincə, Avropa tam əksini etməlidir:

“Lukaşenko praqmatik insandır. O, biznes dilini anlayır. Əgər sanksiyaların yumşaldılması qarşılığında humanitar addımlara hazırdırsa, o cümlədən siyasi məhbusların azad edilməsi, müstəqil media və QHT-lərin Belarusda fəaliyyətinə icazə verilməsi – bunu müzakirə etmək lazımdır”.

Xatırladaq ki, Lukaşenko Mariya Kolesnikovanı və daha 122 siyasi məhbusu ötən ilin 13 dekabrında Belarus kaliumuna tətbiq olunan sanksiyaların qismən qaldırılması qarşılığında azad etmişdi. Kolesnikova 2020-ci il sentyabrın 7-dən etibarən 5 ildən artıq həbsdə saxlanılmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR