İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan ŞOK ETİRAF - Bütün gecəni yuxusuz keçirdim... FOTO VİDEO

1410 06.04.2024 17:20 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə tarixində ilk qadın kosmonavt Marina Vasilevskayanın yer üzünə qayıtmasını gözləyərək gecəni yuxusuz keçirdiyini bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Minskdə keçirilən xokkey matçından sonra bildirib. 

Oyunda iştirak edən prezidentlə müsahibənin görüntülərini Belarus liderinin mətbuat xidmətinə yaxın olan teleqram kanalı yayıb.

"Əlbəttə ki, hər şeyin qaydasında olmasına şadam. Bu görüntüləri bir neçə dəfə canlı izlədim, hər şeyin bitməsinə çox şadam", - Lukaşenko deyib.

Belarus liderinin sözlərinə görə, o, bir neçə dəfə “Soyuz MS-24”un qayıdışının görüntülərini nəzərdən keçirib.

Qeyd edək ki, kosmosa uçan ilk belaruslu Marina Vasilevskaya, həmçinin "Roskosmos"un kosmonavtı Oleq Novitski və NASA astronavtı Loral O'Hara "Soyuz MS-24" kosmik gəmisi ilə şənbə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıdıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR