İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Putini buna razı sala bildi: 2026-cı ildən...

1525 24.05.2024 19:50 Siyasət A A

Bu gün Minskə gedən Rusiya prezidenti Vladimir Putinin Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə apardığı müzakirələrin əsas istiqamətlərindən birini neft-qaz ticarəti təşkil edib.

Musavat.com Rusiya mətbuatında yer alan məlumatlara istinadən xəbər verir ki, görüşdə Minskin Rusiyadan aldığı neft-qazla bağlı mövqeyini Putinə qəbul etdirdiyi hiss olunur.

Belə ki, görüşdən sonra mətbuata açıqlama verən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putin Belarus üçün neft və qazın qiyməti ilə bağlı qərar verib: "Belarus Respublikasına neft və qaz tədarükünün şərtlərini, nəhayət, razılaşdırmaq lazımdır ki, biz bunu bir neçə ildir müzakirə edirik və bu gün Vladimir Vladimiroviç müvafiq qərar qəbul edib",

Lukaşenko “hökumətlərin bu istiqamətdə bu razılaşmaları yaxın günlərdə yekunlaşdıracağına” ümid etdiyini bildirib. "Biz bütün nüansları təfərrüatı ilə araşdırdıq" deyən Belarus prezidenti vurğulayıb ki, "sənayenin ritmik işi və son məhsulun maya dəyəri enerjidən asılıdır".

Rusiya prezidenti Vladimir Putin də qeyd edib ki, “Rusiya və Belarus neft-qaz sektorunda bütün məsələləri həll edib və Minskə qaz tədarükü ilə bağlı parametrlər yaxın illər üçün razılaşdırılıb”.

Onun sözlərinə görə, razılaşdırılmalı olan bir neçə “cari məsələlər” qalıb: “Neft və qaza gəlincə, bu gün bir qədər ətraflı müzakirə etdiyimiz cari məsələlər var. Qazla bağlı biz qarşıdakı illər üçün bütün parametrləri razılaşdırdıq".

Putinlə birlikdə Minskdə olan Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya və Belarus 2025-ci ildən sonrakı dövr üçün Rusiya qazının tədarükü şərtlərini müzakirə etməyi planlaşdırır: “Bizim qazla bağlı 2025-ci ilin sonuna qədər şərtlərimiz məlumdur. Biz gələcək dövrə baxacağıq. Dövlət başçıları tapşırıqlarını veriblər, biz müzakirələrimizi davam etdirəcəyik”.

Novakın sözlərinə görə, ötən il Rusiya Belarusa 14,5 milyon ton neft tədarük edib və bu il həcmlər böyük ehtimalla eyni səviyyədə qalacaq: “Biz Belarus neft emalı zavodlarının tələb etdiyi qədər tədarük edirik, burada heç bir məhdudiyyət yoxdur, keçən il 14,5 milyon ton tədarük edilib, bu il də təxminən eyni qrafik üzrəyik”.

Qeyd edək ki, fevralın əvvəlində Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy bəyan edib ki, Minsk və Moskva 2026-cı ildən sonra Belarus bazarı üçün Rusiya təbii qazının qiymətini azaltmağı planlaşdırır. Krutoyun sözlərinə görə, “bir il ərzində qaz razılaşmaları əldə edildikdən sonra vahid enerji bazarı fəaliyyətə başlayacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR