İnsanlara hürriyət, millətlərə istiqlal!

London qanunsuz miqrantlarla bağlı Ermənistanla danışıq aparır

617 15.04.2024 12:52 Dünya A A

Böyük Britaniya Xarici İşlər Nazirliyinin əlinə keçmiş sənədlərə istinadən bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq aparıldığını yazır.

Musavat.com xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Afrika dövlətlərinin, o cümlədən Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin ehtiyat siyahısı mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina ediblər.

Nəşr xatırladıb ki, Böyük Britaniya artıq bir il yarımdır ki, krallıqdan qovulmuş qeyri-qanuni miqrantları qəbul etməyə hazır olacaq ölkələr axtarır. Ölkənin baş naziri Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid edirdi, lakin Britaniya hakimiyyəti Ruandaya bir dənə də olsun qeyri-qanuni immiqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib.

Ermənilərin özləri onlarla başqa ölkəyə qanuni və ya qanunsuz miqrasiya etdiyi bir vaxtda bu danışıqların effektiv olacağı bəri başda şübhə altındadır. Üstəlik, Ermənistanın öz içində başqa xalqları barındran ölkə olmadığı, monoetnik ölkə olduğu çoxdan bəllidir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR