İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva Ukraynaya yeni silah partiyasını tədarük edib

334 03.02.2024 02:36 Dünya A A

Litva hərbi yardım çərçivəsində Ukraynaya daha bir silah partiyası çatdırıb. Xüsusən “Carl Gustaf” tank əleyhinə qumbaraatanlar üçün mərmilər tədarük olunub.

Bu barədə “Report” Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, siyahıda Ukrayna tank əleyhinə qumbaraatanlar üçün minlərlə mərmi ilə yanaşı, “RISE-1” məsafədən partlatma sistemləri də alıb.

"Biz Ukraynanı fəal və ardıcıl şəkildə dəstəkləyirik, çünki Ukraynaya dəstəyimiz həm də öz təhlükəsizliyimizə sərmayədir. Son dəstəyimizin əhəmiyyətli hissəsi Litvanın rəhbərlik etdiyi Ukraynadakı minalardan təmizləmə koalisiyasına yönəlib", - Litvanın müdafiə naziri Arvidas Anuşauskas vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR