İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva Çini diplomatik zorakılıqda ittiham edir

432 03.02.2024 18:42 Dünya A A

Pekin Vilnüsə diplomatik təzyiq göstərir ki, bu da diplomatik zorakılıq kimi qiymətləndirilə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Litvanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Qabrielius Landsberqis deyib.

Nazirin sözlərinə görə, Litvanın diplomatik sahədə əl-ayağı Çin tərəfindən bağlıdır. O qeyd edib ki, Çin birtərəfli qaydada Baltikyanı respublika ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb, hər iki istiqamətdə səyahətləri və bütün diplomatik əməliyyatları məhdudlaşdırıb. Ona görə də Litva hazırda Pekində heç nə edə bilmir.

Litva ilə Çin arasında münasibətlər 2021-ci ildə Vilnüsdə Tayvan nümayəndəliyinin açılması ilə pisləşib. Tayvanı öz qanuni ərazisi sayan Çin buna kəskin etirazını bildirib və həmçinin Litvadakı səfirini geri çağırıb, müvəqqəti işlər vəkili missiyasının statusunu aşağı salıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR