İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Stepanyan: “Bu, erməniləri Rusiyaya qarşı qoymaqdır”  

556 14.03.2024 13:33 Dünya A A


“Ermənistan sərhəd qoşunlarının birinci komandanı, general-mayor Levon Stepanyan Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı vəziyyəti şərh edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, fikirlərini yerli jurnalistlərlə bölüşüb.

Stepanyan bütövlükdə vəziyyəti və mövzu ətrafında gedən söhbətləri çox şişirdilmiş və süni hesab etdiyini söyləyib.

“Mən bu söhbətlərin ciddi olduğunu düşünmürəm. Zvartnots hava limanında 3-4 rusiyalı sərhədçi xidmət edir. Onlar Ermənistan Respublikasının qanunvericiliyi ilə hərəkət edirlər, erməni komandanlığına tabedirlər və onun icazəsi olmadan heç nə etmirlər”, - deyə Stepanyan vurğulayıb.

Erməni generalın sözlərinə görə, 1992-ci ildə imzalanmış saziş Ermənistan tərəfi hazır olan kimi Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsini nəzərdə tutur.

Stepanyanın fikrincə, məsələ başqadır – hədəf Ermənistan cəmiyyətini Rusiyaya qarşı yönəltməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR