İnsanlara hürriyət, millətlərə istiqlal!

Leonardo Di Kaprio sayqakların artmasına görə Qazaxıstana təbrik mesajı göndərib

742 25.12.2023 11:46 Son xəbər A A

Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio Qazaxıstan hakimiyyətini sayqakların sayının artması münasibətilə təbrik edib.

“2005-ci ildə Qazaxıstanda cəmi 48 min baş sayqak var idisə, indi onların sayı 1,9 milyona çatıb. Bu, görünməmiş haldır. Brakonyerlərlə mübarizəyə, yeni qorunan ərazilərin yaradılmasına və hüquq-mühafizə orqanlarına böyük səylər sərf edən Qazaxıstan hökumətini təbrik edirəm”, - aktyor yazıb.

“Qazaxıstan hakimiyyətinin ətraf mühitin mühafizəsi təşkilatları, universitetləri və alimləri ilə əməkdaşlığı təbiətin mühafizəsi sahəsində birgə səylərə əsaslanan real uğurun parlaq nümunəsidir”, - Di Kaprio qeyd edib.

Leonardo DiCaprio uzun illərdir ki, nəsli kəsilməkdə olan heyvanların qorunmasını fəal şəkildə müdafiə edərək ətraf mühitin qorunması üçün səylər göstərir. Onun xeyriyyə fondu olan “DiCaprio Foundation” 40 ölkəni əhatə edən onlarla təbiəti mühafizə layihəsinə 30 milyon dollardan çox vəsait ayırıb. Bu səylərə verdiyi töhfəyə görə aktyor “Kristal” mükafatına layiq görülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR