İnsanlara hürriyət, millətlərə istiqlal!

Leau "Real" və "Çelsi"nin təkliflərini rədd etdi

550 26.04.2023 16:39 İdman A A

"Milan"ın futbolçusu Rafael Leau "Real" və "Çelsi"dən gələn təklifləri rədd edib.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi "Milan"la müqaviləsini uzatmaq istəyir. 2 yaşlı oyunçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Qeyd olunur ki, Leau artıq onun transferində maraqlı olan "Real" və "Çelsi" dən imtina edib. Hər keçən gün “Milan”ın Rafaelin yeni müqaviləsi ilə bağlı nikbinliyi artır. Futbolçu üçün ən vacib amil klubun növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsidir. “Milan” hazırda 56 xalla A Seriyasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Leau bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 41 oyunda 13 qol vurub və 9 qolun ötürməsini verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR