İnsanlara hürriyət, millətlərə istiqlal!

Le Penin partiyasından Rusiya ilə bağlı İLGİNC ADDIM

618 18.06.2024 16:45 Dünya A A

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilər ərəfəsində Marin Le Penin rəhbərlik etdiyi sağçı Milli Birlik partiyası Rusiya ilə diplomatik əlaqələri inkişaf etdirməklə bağlı bəndləri seçki platformasından silib.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın məlumatına əsasən, Le Penin 17 seçki bukletinin içində Rusiya ilə münasibətlərin düzəldilməsilə bağlı müddəalara rast gəlinməyib.

Le Pen əvvəllər Vaşinqtondan uzaqlaşaraq “müəyyən məsələlərdə Rusiya ilə ittifaq” axtarmağı, habelə Almaniya ilə tank və qırıcıların istehsalı üzrə birgə müdafiə layihələrini dayandırmağı və NATO-nun vahid hərbi komandanlığından çıxmağı təklif edirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR