İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: “Dollar Qərbin siyasi problemlərin həlli üçün silahıdır”

476 31.01.2024 12:37 Dünya A A

Dollar siyasi problemlərin həlli üçün Qərbin aktiv və ya potensial silahına çevrilib. Bunu yanvarın 31-də Moskvada BRİKS-ə üzv ölkələrin səlahiyyətli nümayəndələdinin görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Qərb siyasətçiləri inklüzivlik şüarı altında birtərəfli addımlarını ört-basdır etməyə çalışırlar.

“Dollar, mənim fikrimcə, siyasi problemlərin həlli üçün Qərbin aktiv və ya potensial silahıdır. Dollar və beynəlxalq maliyyə institutlarının qrantları məcburiyyət aləti kimi fəal şəkildə istifadə olunur”, - deyə diplomatik şöbənin rəhbəri qeyd edib.

Həmçinin, Qərbin birtərəfli sanksiyaları, nazirin fikrincə, yaradılmış səmərəli istehsal və təchizat zəncirlərini sarsıdır. Lavrov vurğulayıb ki, sanksiyalar ilk növbədə Asiya, Afrika və Latın Amerikası ölkələrində onların inkişaf perspektivlərinə xələl gətirir.

Bundan əvvəl, noyabrın 27-də Lavrov dünyanın tədricən dollardan imtina etdiyini açıqlamışdı. Onun sözlərinə görə, BRİKS ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dollardan imtina və ödənişlər üçün milli valyutalara keçid prosesini sürətləndirir. Nazir qeyd edib ki, Hindistan və Çin mövcud iqtisadi sistemdən asılılığını azaldır. Lavrov həmçinin bildirib ki, 2024-cü ildə Rusiyanın sədrliyi ilə BRİKS ölkələrinə ümumi ödəniş sistemləri ilə bağlı tövsiyələr təqdim olunacaq.

Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin BRİKS-in vahid valyutası əvəzinə ölkələr arasında vahid hesablaşma mexanizminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, assosiasiyaya daxil olan dövlətlər arasında ödənişləri təmin etmək üçün hesablaşma sistemi qurmaq və maliyyə logistikası yaratmaq lazımdır. O qeyd edib ki, nəzəri cəhətdən BRİKS valyutasının yaradılması mümkündür, lakin bu, ölkələrin iqtisadiyyatlarının inkişafında paritet tələb edəcək ki, bu da çox uzunmüddətli perspektivdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR