İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçın yolundakı aksiya bu halda dayandırılacaq” – Tanınmış politoloq

1382 15.12.2022 14:56 Gündəm A A

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Fərhad Məmmədov özünün Telegram-kanalında Azərbaycan ictimaiyyətinin Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyasına münasibət bildirib.

Musavat.com şərhin aktuallığını nəzərə alaraq təqdim edir:

“Laçın yolunda dirənişin dördüncü günü - ilk nəticələr:

- tərəflər öz mövqelərini açıqladılar və sona qədər dayanmağa hazır olduqlarını nümayiş etdirdilər. Azərbaycan ərazidə infrastruktur qurub (hətta dünən futbola baxılırdı), insan resursu var. Ermənistan və Qarabağ erməniləri dairəvi müdafiəyə çəkilib və şikayətlərə keçiblər - ən yaxşı bacardıqları budur. Rusiya ilk gün bir azca vasitəçilik etdi və ardınca gözləmə mövqeyi tutdu, qərarların verilməsində məsuliyyəti öz üzərinə götürmədi, Azərbaycanın tələblərini qarşı tərəfə çatdırdı və Ermənistanın cavabını dinlədi. Rusiyanın mövqeyi 44 günlük müharibədəki mövqeyinə bənzəyir, yeganə fərq odur ki, indi Rusiya indi “ərazidədir”, lakin mandatsızdır. Tərəflərdən biri digərinin şərtlərini qəbul edənədək gözləyəcəklər.

WhatsApp Image 2022-12-15 at 14.58.19.jpeg (37 KB)

 

- Laçın dəhlizinin/yolunun taleyi. Bu, yaşanan hər şeyin əsas mövzusudur. Azərbaycan yola nəzarəti öz üzərinə götürməyi hədəfləyib. Bir neçə ay ərzində Bakı faktları nümayiş etdirməklə yola nəzarət iddiasını ortaya qoydu (İran diversantlarının şəkli - Volkov həm bu faktı, həm də filizin qanunsuz daşınması videosunu, 2021-ci il istehsallı Ermənistan minalarının əraziyə keçiriıməsini və s. etiraf etməli oldu). Sülh müqaviləsi imzalandıqdan sonra bu, onsuz da olacaqdı. Rusiya sülhməramlı kontingentin Azərbaycanda MÜVƏQQƏTİ qalma zonasında proseslərin dinamikası hərəkətlərin sürətlənməsinə şərait yaradıb.

Rusiya yolda Azərbaycanla birgə nəzarətə razıdırmı? Əlbəttə, yox, amma məcbur olacaq... “Vardanyan layihəsi” alınmadı! Bununla belə, güman edirəm ki, Rusiya bu qərarın üçtərəfli formatda verilməsində məsuliyyəti bölüşməyə çalışır. Əgər Azərbaycan- Ermənistan ikitərəfli münasibətləri Qarabağdakı prosesləri də özündə ehtiva edirsə, Rusiya yenə bütün prosesləri Ermənistanın iştirakı ilə üçtərəfli formatda saxlamağa çalışır. Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanın Ermənistanın sülhməramlıların mandatının uzadılnmasına razı olduğunu, Azərbaycanın isə bundan imtina etdiyini etiraf etməsini yada salaq. Öz növbəsində Bakı Ermənistanın iştirakı ilə Qarabağ mövzusunda heç bir sənəd imzalamağa hazırlaşmır. Odur ki, Rusiya Ermənistanın himayədarlarını Bakıya təzyiq göstərməsi ümidi ilə qabağa verib gözləyir.

Yəni ABŞ, Avropa İttifaqı, Fransanın Azərbaycana qarşı birtərəfli bəyanatları mövcud vəziyyətdə Rusiyanın taktikasına tam uyğun gəlir. Bu, Vardanyanı Qarabağda saxlamağa, sülh müqaviləsi prosesini pozmağa, Qərbi proseslərə təsir etmək imkansızlığında nüfuzdan salmağa imkan verir. Məncə, onlar belə düşünürlər.

- Azərbaycan üçün yola nəzarət vacibdir. Bu, Qarabağ ermənilərinin reinteqrasiya prosesinin, onların (Azərbaycan bölgəsinin sadə erməni sakinlərinin) arasında miflərin məhvinin, “Vardanyan layihəsi”nin dağıdılmasının başlanğıcıdır.

Digər tərəfdən, əgər Ermənistan yalan danışmırsa və həqiqətən də silahlı qüvvələrini Qarabağdan çıxarıbsa, Qarabağa silah-sursat, mina keçirmirsə, qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul deyilsə, o zaman Azərbaycanın Laçın yoluna nəzarət etməsinə İrəvan niyə etiraz etməlidir?! Sadəcə, Üçtərəfli Bəyanatda görə?! Amma axı Ermənistanın özünün yerinə yetirmədiyi başqa bəndlər də var!

Qərbdən ABŞ, Avropa İttifaqı, şimaldan – Rusiya, şərqdən və cənubdan səmimi şəkildə vəziyyətin həlli üçün Bakıya zəng vuranların hamısı indi etiraf etməlidir ki, “Qarabağ - Azərbaycandır!”, "Xankəndi, Ağdərə və Xocavənd - Azərbaycandır!” və bunu açıq şəkildə ifadə etməlidirlər. Başqa cür olsa, Bakı onların mövqeyinə qulaq asacaq, amma əhəmiyyət verməyəcək. Artıq proses ümummilli səviyyəyə çatıb və tərəddüd edənlərin hamısı mövqeyini dəqiqləşdirməlidir!

- Laçın yolunda gedən proseslər həm də vasitəçilər üçün bir imtahandır. Azərbaycan vasitəçiləri sınayır: onlar Qarabağ erməniləri ilə bağlı prosesi Azərbaycan və Ermənistan arasındakı prosesin tərkib hissəsi kimi, eyni paketdə görürlər, yoxsa? ABŞ və Aİ simasında sülh müqaviləsinin təşəbbüskarları Azərbaycan-Ermənistan sülh müqaviləsini Qarabağla bağlı prosesdən asılı vəziyyətə salmamağı bacaracaqlarmı? Çünki bu, Azərbaycanın daxili işidir. Bu, vasitəçilərin səmimiyyətinin, dürüstlüyünün sınağı olacaq.

Kəndir dartışması davam edir...”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR