İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu - 9-cu gün: Vardanyan etiraf edib ki, azərbaycanlılar olduğu müddətdə yol ilə getməkdən imtina edir VİDEO

1464 20.12.2022 17:03 Gündəm A A

Özünü Qarabağın “dövlət naziri” adlandıran Ruben Vardanyan çərşənbə axşamı etiraf edib ki, nə qədər ki orada azərbaycanlılar dayanırlar, ermənilər Laçın yolu ilə getməkdən imtina edirlər.

O, Facebook vasitəsilə öz müraciətində qeyd edib: “Blokada davam edir. Halbuki,  bilirsiniz ki, yolun açıq olması barədə söz-söhbətlər şişirdilir, amma bu, belə deyil. Onlar yol kənarındadırlar, istədikləri zaman maşınları saxlaya bilirlər. Ona görə də deyirik ki, bu, qəbuledilməzdir. Azərbaycanlılar oranı tamamilə tərk etməlidirlər”. Vardanyan onun mövqeyini dəstəkləyən ermənilərin fikrinə də istinad edib.

Beləliklə, Vardanyan etiraf edir ki, Qarabağdakı erməniləri blokadaya almayıblar, lakin onlar azərbaycanlılar tərəfdən  hər hansı yoxlama istəmirlər.

Qeyd edək ki, sülhməramlıların avtomobilləri hər iki tərəfə sərbəst hərəkəti davam etdirir.

Şuşadakı aksiya iştirakçılarına gəlincə, onlar yolda dayanmaqda davam edirlər, bildirirlər ki,    hərbi yükləri və separatçılar tərəfindən qanunsuz işlənilən mədənlərdən məhsulları Qarabağa buraxmayacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR