İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın məntəqəsi - Böyük qələbələrin start nöqtəsi - TARİXİ GÜN

1117 23.04.2024 10:55 Yazarlar A A

Bu gün o gündür! Prezident İlham Əliyevin iradəsi ilə 23 aprel 2023-cü ildə Laçında sərhəd-buraxılış məntəqəsi quruldu! Bir neçə ay sonra bu buraxılış məntəqəsindən bütün çirkablar axıb, Qarabağ təmizlənəcəkdi.

Azərbaycan-Ermənistan sərhədində keçirilən bayraq qaldırılması mərasimində Dövlət Sərhəd Xidməti Azərbaycan Prezidenti İlham Əliyevə məruzə etdi ki, onun tapşırığına əsasən, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır və bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

BAYRAQİ SON.jpg (98 KB)

Hadisə o zaman bəzilərinə adi gəlsə də, əslində, sonrakı proseslər göstərdi ki, bir çox qələbələrin başlanğıcıdır.

Həmin vaxt Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiya aktına etinasız yanaşır, öz üzərlərinə düşən öhdəliklərdən boyun qaçırmaqla bərabər, təbii sərvətlərimizi talan edərək “Laçın” dəhlizi vasitəsilə Ermənistana daşıyırdı. Bütün bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq öncə Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi.

AKSİYALAR YENİ.jpg (169 KB)

Bu, 138 gün fasiləsiz şəkildə davam etdi. Daha sonra Laçın məntəqəsi quruldu və ermənilərin növbəti vandallıqlarına son verildi.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıdı.

ENTONİ SON.jpg (73 KB)

Azərbaycan Prezidenti İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdi:

“Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

Azərbaycan 30 il sonra bu torpaqların əsl sahibinin kim olduğunu düşmənə sübut etdi. Və bir zamanlar torpaqlarımızı işğal edib soydaşlarımızı öz yurdlarından didərgin salan düşmən həmin ərazilərdə Azərbaycan bayrağının altından keçməyə məcbur oldu. Sonrakı mərhələdə isə Azərbaycanın atdığı dəqiq və yerində addımlarla separatçılar ərazidən təmizləndi, Xankəndidə, Xocalıda, Qazaxın 4 kəndində Azərbaycan bayrağı dalğalandı.

KOMAN SON.jpg (63 KB)

Prezident İlham Əliyev 2023-cü il iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləmişdi:

“İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd etmişdi.

“Laçın” məntəqəsinin qurulmasını Qərb, Ermənistanın havadarları şiddətli şəkildə pisləyir, Azərbaycana təzyiqlər edirdilər.

makron avropa.jpg (66 KB)

Məsələn, Fransa Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qurmasını pisləyir, bunun atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu və danışıqlar prosesinə zərər verdiyini hesab edirdi.

Paris Bakını “beynəlxalq öhdəliklərinə riayət etməyə, xüsusən Beynəlxalq Məhkəmənin 22 fevral tarixli qərarında qeyd edilmiş, məcburi olan müvəqqəti tədbirləri həyata keçirməyə” çağırırdı.

30 il ərzində susanların, Azərbaycanın haqq səsini eşitməyənlərin hamısı dilə gəlmişdi. 30 ildə 1 milyon məcburi köçkünümüzün ermənilər tərəfindən hüquqlarının pozulmasına, həyatlarının məhv olmasına göz yumanlar həmin zaman deyirdilər ki, erməni xalqının hüququ pozulur, onlar blokadada qalıblar. Təbii ki, məqsəd bəlli idi.

Azərbaycan bu məntəqə ilə heç kimin hüquqlarını pozmurdu. Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verir və onların keçidlərinə heç bir maneə yaratmırdı.

Ermənilər kimi yolu kəsib, uşaq, yaşlı demədən güllə yağışına tutmurdu…

O zaman ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel demişdi ki, ABŞ “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır”.

Sonrakı proseslər göstərdi ki, Azərbaycan Prezidenti nəyi nə zaman etməli olduğunu çox yaxşı bilir.

İLHAM ESGER.jpg (246 KB)

Nə Qərb, nə Fransa, nə də Aİ missiyası bölgədə sülhü təmin etmək niyyətində oldular. Onların hər biri bölgədə qarşıdurmanın, münaqişənin davam etməsinin arzusunda idilər. Yalnız Azərbaycan dövlətinin düşünülmüş diplomatik addımları nəticəsində bölgədə sakitlik yarandı, əzəli torpaqlarımız geri qaytarıldı. Ermənistan da anladı ki, yalnız Azərbaycanla birbaşa danışıqlar aparmaqla sülhə, inkişafa nail ola bilər. Bunun nəticəsində Qazaxın 4 kəndi üzərində də heç bir vasitəçi olmadan danışıqlar aparıldı, razılıq əldə olundu. Bundan sonrakı dövrdə Zəngəzur dəhlizi məsələsinin həll olacağı və sülh müqaviləsinin imzalanacağının şahidi olacağıq.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR