İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdən acı XƏBƏR GƏLDİ - ölən var 

873 13.08.2023 21:51 Hadisə A A

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

Baş verən qəza zamanı minik avtomobilində olan 61 yaşlı Əliyev Cavid Tahir oğlu və bir yaşlı Babayeva Aysun Xəyal qızı ağır bədən xəsarətləri alıblar.

Həkimlərin səyinə baxmayaraq, bir yaşlı Aysun Babayeva xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Avtomobildə digər xəsarət alan 3-cü sərnişin isə Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

***

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR