İnsanlara hürriyət, millətlərə istiqlal!

Kür sahilində meyiti tapılan kişinin kimliyi məlum oldu

970 26.04.2023 21:42 Hadisə A A

Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Nizaməddin Rəcəbovun meyiti Kür çayının sahilində, Yevlax şəhər ərazisində olan körpünün yaxınlığında tapılıb.

Onun üzərində xəsarətlər aşkarlanmayıb və suda boğularaq öldüyü ehtimal edilir.

Qeyd edək ki, mərhumun yaxınlarının bildirdiyinə görə, həmin şəxsin psixoloji problemləri olub və tüfeyli həyat tərzi yaşayıb. O, 10 gün öncə itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR