İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus” terrorçularını nədən təkadamlıq kamerada saxlayırlar?

506 20.05.2024 12:12 Dünya A A

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxslər karantindən sonra təkadamlıq kameraya salınıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri digər cinayət işlərinə görə şübhəli şəxs qismində saxlanılanların terrorçulara qarşı zorakılıq edəcəyindən qorxurlar. Əvvəlcə bu iş üzrə təqsirləndirilən şəxslər karantinə görə karserə salınıb, sonra iki və dörd nəfərlik kameralara bölünüblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları linç ola biləcəyi üçün bunu etməmək qərarına gəliblər. Bu barədə Mash-a təcridxana rəhbərliyində olanlardan biri deyib.

Bundan əvvəl “Crocus City Hall”-da terror aktı ilə bağlı iş üzrə dörd müttəhim Basmannı məhkəməsinin həbs müddətinin uzadılması ilə bağlı qərarından apellyasiya şikayəti vermək qərarına gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR