İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus”da törədilən terakta haqq qazandıran qırğız Moskvada saxlanılıb

1052 03.04.2024 10:28 Dünya A A

Moskvada “Crocus City Hall”da terror aktı ilə bağlı telefon danışığı aparan və terror aktına haqq qazandıran Qırğızıstan vətəndaşı saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə kaktus.media saytı yazıb.

“Qırğızıstan vətəndaşı A.J.A.-ya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Terrorçuluğa ictimai bəraət qazandırmaq” maddəsi ilə cinayət işinin başlanması ilə bağlı ilkin məlumatlar Rusiya Federasiyasının səlahiyyətli orqanlarının nümayəndələrindən alınıb.

Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Qırğızıstanın Moskvadakı səfirliyi yuxarıda qeyd olunan cinayət işi üzrə ibtidai istintaqın gedişi barədə tam məlumat əldə etmək üçün Rusiyanın istintaq orqanlarına müvafiq sorğular göndərib.

Hadisə barədə digər təfərrüatlar verilməyib. Məsələ Qırğız Respublikasının Xarici İşlər Nazirliyi və ölkənin Rusiya Federasiyasındakı səfirliyi tərəfindən nəzarətə götürülüb.

Martın 22-də Crocus City Hallda terror aktı baş verib. Terror aktı nəticəsində 144 nəfər həlak olub, 550 nəfər yaralanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR