İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriştiano Ronaldo bu il ən çox qazanan idmançı oldu

1501 16.07.2023 15:20 İdman A A

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun adı 2023-cü ildə ən çox qazanan idmançı kimi "Ginnesin rekordlar kitabı"na düşüb.

Axşam.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, portuqaliyalı futbolçu il ərzində rekord gəlir - 136 milyon dollar (təxminən 231 milyon manatdan çox) əldə edib. Ronaldo bu məbləğin 46 milyon dollarını (təxminən 78 milyon manatdan çox) futbol meydançasından, 90 milyon dollarını (təxminən 153 milyon manata yaxın) isə kənardan qazanıb.

Bununla da o, 2017-ci ildən bəri ilk dəfə (ümumilikdə isə üçüncü dəfə) sözügedən siyahıya liderlik edib.

Siyahıda ikinci yerdə illik gəliri 130 milyon dollar (təxminən 220 milyon manatdan çox) olan argentinalı futbolçu Lionel Messi, üçüncü sırada isə 120 milyon dollar (təxminən 204 milyon manatdan çox) qazancla fransalı Kilian Mbappe qərarlaşıb.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR