İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda ukraynalı oliqarxların 1150 mülkü müsadirə edilib

515 18.12.2023 14:30 Dünya A A

Krımda ukraynalı oliqarxların 1150 daşınar və daşınmaz əmlakı milliləşdirilib. Onların arasında bir neçə otel də var idi.

Musavat.com xəbər verir ki, bu barədə tanınmamış Krımın “dövlət şurası”nın sədri Vladimir Konstantinov Telegram kanalında məlumat verib.

“Rusiyaya qarşı təxribat fəaliyyəti həyata keçirən” 77 hüquqi və fiziki şəxsin əmlakı milliləşdirilməyə məruz qaldı. Qərar şuranın deputatları tərəfindən qiyabi səsvermədə qəbul edilib. “Biz kurort komplekslərinin, o cümlədən krımlıların yaxşı tanıdığı “London” və “1001 gecə” otellərini, Qaspra kəndindəki “Marat Park” mehmanxanasını və digərlərinin əmlakını milliləşdirdik”, – Konstantinov yazıb.

Siyahıya kənd təsərrüfatı müəssisələrinin, bankların, idman və reabilitasiya mərkəzlərinin, Yaltadakı tennis klubunun, metallurgiya zavodunun və digər obyektlərin əmlakı da daxil edilib. Konstantinov vurğulayıb ki, məşhur şəxsiyyətlərin əmlakı da milliləşdirilib: oliqarx Viktor Pinçuk Simferopol yaxınlığında yaşayış binasını və 455 kvadratmetrlik torpaq sahəsini, Ali Radanın keçmiş deputatı Andrey Sençenko isə Yaltada qeyri-yaşayış sahələrini itirib.

Bundan əvvəl Krımın Yalta şəhərində məşhur ukraynalı müğənni Sofiya Rotaruya məxsus otelin milliləşdirilməsi məsələsinə baxılacağı bildirilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR