İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım "rəhbəri" öz hərbi şirkətini qurdu

910 29.03.2023 14:12 Son xəbər A A

Rusiyanın işğalı altındakı Krım vilayətinin rəhbəri Sergey Aksyonov yarımadada “Konvoy” adlı şəxsi hərbi şirkət yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yeni hərbi birliyə "Mazay" ləqəbli Konstantin Pikalov komandanlıq edir. O, "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin Afrikada "sağ əli" olub.

Formal olaraq, "Konvoy" "BARS", yəni ehtiyatda olan döyüş ordusu sayılır. Ona görə də onun üzvləri Birliyə daxil olarkən biri "Konvoy", digəri Müdafiə Nazirliyi olmaqla iki saziş imzalayır. Şirkətin əsgərləri ayda təxminən 200 min rubl (təxminən 2600 ABŞ dolları), komandanlıq isə 300 min rubl (3900 dollar) alır. Bölmədə bir il xidmət edənlərə "Krımda və ya Abxaziyada" torpaq vəd edilir.

Ukrayna cəbhəsində "Konvoy"un mövqeləri Xerson vilayətinin işğal altında qalan hissələrində, təlim poliqonu isə Krım yaxınlığındakı Perevalnoye kəndində yerləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR