İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlinin milli messencer layihəsinə zərbə: “MAX App Store”dan silindi  

194 04.06.2026 15:12 Dünya A A

Rusiyanın dövlət dəstəyi ilə inkişaf etdirilən MAX messenceri “App Store” platformasından yoxa çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, tətbiq artıq “Apple” mağazasında axtarış zamanı görünmür, birbaşa keçidlər isə xəta mesajı verir. MAX-ın yaradıcıları tətbiqin “App Store”-dan çıxarıldığını təsdiqləyərək səbəblərin aydınlaşdırılması üçün “Apple”-a rəsmi sorğu göndərdiklərini bildiriblər.

Hadisə Rusiyada internetə nəzarətin gücləndirilməsi və dövlət messencerlərinin təşviqi ilə bağlı müzakirələrin fonunda baş verib. Xüsusilə Kremlin dəstəklədiyi rəqəmsal platformalardan biri kimi təqdim olunan MAX son aylarda geniş təbliğ olunurdu.

Müxalif düşərgə isə hadisəni Kremlin informasiya siyasətinə ciddi zərbə kimi qiymətləndirir. Aleksey Navalnının komandası və Korrupsiya ilə Mübarizə Fondu (FBK) daha əvvəl “Mən əlaqədəyəm” kampaniyasına başlayaraq Rusiyada azad internetin müdafiəsini tələb etmişdi. Kampaniyanın əsas tələblərindən biri də dövlət nəzarətində olan MAX messencerinin tətbiq mağazalarından çıxarılması idi.

FBK həmçinin internet məhdudiyyətlərində iştirak etdiyini iddia etdiyi məmurlar və menecerlərlə bağlı sanksiya siyahısı hazırlayaraq Avropa Birliyi, ABŞ və digər ölkələrə təqdim etdiyini açıqlayıb.

Təşkilat bununla yanaşı Rusiyada internet senzurası və rəqəmsal nəzarət mexanizmləri barədə ayrıca hesabat da yayımlayıb.

Hələlik “Apple” şirkəti MAX tətbiqinin “App Store”-dan çıxarılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR