İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Vardanyanın saxlanılması ilə bağlı AÇIQLAMA

4395 27.09.2023 15:20 Region A A

Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.

Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.

“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm... Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, - Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR