Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Trampın sülh planı” ətrafında yayılan məlumatlara münasibət bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Moskva hələ də Kiyevin danışıqlara başlamağa razılıq verdiyi barədə heç bir rəsmi siqnal almayıb.
Peskov qeyd edib ki, Ukraynanın mövqeyi barədə mətbuatda müxtəlif informasiyalar dolaşsa da, Kreml yalnız rəsmi diplomatik kanallardan gələn xəbərlərə əsaslanır:
“Heç bir təsdiq almamışıq. Kiyevin razılığı barədə bizə məlumat verilməyib”, – deyə Peskov bildirib.
O əlavə edib ki, hazırda bütün tərəflər Tramp administrasiyasının təklif etdiyi sülh planının detallarını müzakirə edir və Moskva situasiyanı diqqətlə izləməkdə davam edir.
Musavat.com






