İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreditə görə bank işçisini güllələdi

1638 13.10.2023 21:45 Kriminal A A

Türkiyədə bir şəxs bankda işləyən dostunu ofisində yeni kredit ala bilmədiyi üçün boynundan güllələyib.

Məlumata görə, Remzi adlı bir şəxs bir müddət əvvəl Şişlidə bankdan 340 min lirə kredit götürüb. Lakin bir müddət sonra  işi pis getdiyi üçün banka olan borcunu ödəyə bilməyib. Bu səbəbdən bankda tanış olub dostluq etdiyi və bank işçisi Cəmil A. ona zəng edib onun üçün yeni kredit götürməsini istəyib. Lakin Cəmil yeni kredit verə bilməyib.

Bu vəziyyətə əsəbiləşən Remzi sakitcə stulda oturan dostunun arxasına keçərək tapança ilə onun boynundan atəş açıb.

Polis nəzarətinə götürülən və törətdiyi cinayəti etiraf edən  Remzi T. cinayətdən tutularaq həbs edilib.//Milli.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR