İnsanlara hürriyət, millətlərə istiqlal!

Kraliçanın tabutunun yanında qorxulu anlar - Polis onu yerə yıxaraq nəzarətə götürdü - ANBAAN VİDEO

1072 17.09.2022 14:46 Hadisə A A

Bazar ertəsi keçiriləcək dəfn mərasimindən əvvəl Kraliça II Elizabetin cənazəsi Londondakı "Westminster Hall"da ictimaiyyətə açılıb.

Musavat.com xəbər verir ki, dünən izdihamın arasından çıxaraq tabutu qucaqlayan şəxs oradakı insanlara qorxu dolu anlar yaşadıb.

Polis dərhal müdaxilə edərək həmin şəxsi saxlayıb. Polis əməkdaşları həmin şəxsi yerə yıxıb və ayaqlarından tutaraq zaldan çıxarıblar.

Polis hadisə ilə əlaqədar zalda canlı yayımın bir müddət dayandırıldığını bildirib.

“İctimai asayişin qorunması haqqında” qanunun tələblərini pozduğuna görə bir nəfər saxlanılıb və hazırda həbsdədir”,-deyə bildirilib.

Qeyd edək ki, ötən həftə 96 yaşında dünyasını dəyişən kraliça II Yelizaveta bazar ertəsi Londonda dəfn olunacaq. Kraliçanın cənazəsi bu müddət ərzində Londondakı Vestminster zalında yerləşdirilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR