İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral on nəfərə qızıl mükafat təqdim etdi: Hansı işlərinə görə?

723 10.12.2023 22:31 Dünya A A

İsveç Kralı XVI Karl Qustaf Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını qaliblərə təqdim edib. 10 mükafatçıya monarx öz əli ilə diplom və qızıl medallar verib.

Musavat.com xəbər verir ki, 2023-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı amerikalı-macar alim Katalin Kariko və amerikalı Drew Veissmana “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin işlənib hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərə” görə verilib. Fizika mükafatı fransız-amerikalı Pierre Agostini, macar-avstriyalı alim Ferenc Kraus və fransız qadın Anne L'Huillierə "maddədə elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə" verilib.

Kimya sahəsində mükafatı amerikalılar Mungi Bavendi və Louis Bruce, həmçinin sovet və rus fiziki Aleksey Ekimov alacaqlar. Bruce və Ekimov müstəqil olaraq kvant nöqtələrini sintez ediblər və Bavendi bu nanostrukturların xüsusiyyətlərinin daha dərindən öyrənilməsində mühüm rol oynayıb.

2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı norveçli dramaturq Jun Fosseyə "innovativ pyesləri və izaholunmazları ifadə edən" əsərlərinə verilib.
Amerikalı tədqiqatçı Klaudiya Qoldin "qadınların əmək bazarında rolunun daha yaxşı anlaşılmasına görə" Alfred Nobelin xatirəsinə İsveç Milli Bankının İqtisadiyyat üzrə Mükafatını qazanıb.

Qeyd edək ki, mükafatın təsisçisinin profili olan Nobel medalları 18 karatlıq qızıldan hazırlanır və çəkisi 175 qramdır. 1980-ci ilə qədər medallar daha çox - 200 qrama qədər idi və 23 karatlıq qızıldan hazırlanırdı.

İqtisadiyyat üzrə mükafat laureatları bir qədər ağır medal alırlar - hər biri 185 qram. Amma Nobel medalı hərraca çıxarılarsa, onun dəyəri təkcə çəkidən deyil, həm də kimə məxsus olmasından asılıdır.

Nobel diplomu rəngarəng şriftlər və xüsusi qızıl monoqramlarla 23x25 sm ölçülü kiçik sənət əsəridir. Onların bağlaması dəridən hazırlanır. Fizika üzrə diplomlar – mavi, kimya, fiziologiya və tibb üzrə – qırmızı, iqtisadiyyat üzrə – qəhvəyi, ədəbiyyat üzrə isə – rəssamın seçdiyi rəngdə.

Filarmoniyadakı təqdimat mərasimindən dərhal sonra onlar baxılmaq üçün meriyanın salonlarından birinin pəncərələrində nümayiş etdirilir.
Mükafatların təqdimatından sonra laureatlar, qonaqlar, kral ailəsi və hökumət üzvləri, elm, biznes və mədəniyyət elitasının nümayəndələri Stokholm meriyasında ənənəvi ziyafətə gediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR