İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosmetika fabrikində güclü yanğın - Alov bütün binanı bürüyüb, 3 işçi xəstəxanaya yerləşdirildi (VİDEO)

1033 17.09.2022 15:29 Hadisə A A

İzmirin Torbalı şəhərində kosmetika fabrikində yanğın baş verib.

Musavat.com xəbər verir ki, alov qısa müddət ərzində bütün fabriki bürüdüyündən, çoxlu sayda qrup yanğın üçün əraziyə yönəldilib.

Tüstüdən zəhərlənən 3 işçi xəstəxanaya yerləşdirilib. Torbalıdakı kosmetika fabrikində baş verən yanğının səbəbi hələlik məlum deyil. Yanğınsöndürənlərin müdaxiləsi davam edərkən, fabrik ərazisində aşkarlanan bəzi partlayıcı maddələrə görə nəzarətli söndürmə işləri aparılır.

Təcili yardımla Torbalı Dövlət Xəstəxanasına çatdırılan 3 işçinin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Digər tərəfdən, alovların kosmetika fabrikinin yaxınlığında yerləşən ədviyyat fabrikinə keçdiyi və yanğınsöndürənlərin müdaxiləsi ilə qısa müddətdə nəzarət altına alındığı da bildirilib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR