İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosaçev: Roma Əsasnaməsi Ermənistanın özünə qarşı yönələcək

824 03.10.2023 19:40 Region A A

BCM haqqında Roma Nizamnaməsini (Statut) ratifikasiya etmiş hər bir ölkə kimi Ermənistan da hüquqi suverenliyini itirir, bu, alçaldıcıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Telegram kanalında bildirib.

“Məhz buna görə də bir çox suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları BCM-ə qoşulmur”, - deyə Kosaçev yazıb.

Kosaçev ratifikasiyanın “Rusiyaya qarşı açıq-aşkar qeyri-dost addım” olduğunu vurğulayıb.

Rusiya senatoru Ermənistanın ratifikasiyanın Azərbaycana qarşı yönəldiyi barədə iddialarını əsassız adlandırıb.

“Bu yolla Ermənistanın Azərbaycanı məsuliyyətə cəlb edə biləcəyinə inanmaq sadəlövhlükdür. BCM-nin presedent hüququ bunun əksini, yəni iştirakçı dövlətlərin özlərinin daxili işlərinə müdaxilə olunduğunu dəfələrlə nümayiş etdirib. Nəticə etibarilə bugünkü ratifikasiya qərarı gələcəkdə Ermənistan hakimiyyətinin özlərinin əleyhinə çevrilə bilər”, - deyə senator əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR