İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsionerlər digər cinayətkarlarla müqayisədə 10 dəfə çox bəraət alırlar

434 30.01.2024 12:26 Dünya A A

Qazaxıstanın Vəkillər Kollegiyasının sədri Aydin Bikebayev bildirib ki, ölkədə ittihamçı qərəz hələ də qalmaqdadır: bir şəxsin işi məhkəməyə gedirsə, onun bəraət qazanma ehtimalı sıfıra enir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, vəkil bu sözləri YouTube kanalına müsahibəsində deyib və əlavə edib ki, korrupsionerlərin işlərinə baxılması isə nəzərəçarpacaq dərəcədə fərqlidir.

“Rüşvətxorluq hallarında bəraət hökmlərinin sayı adi işlərdən 10 dəfə çoxdur”.

Hüquqşünas öz ölkəsonin uyğun statistikasını Gürcüstanla müqayisə edib.

“Gürcüstandakı həmkarlarımızla söhbət edəndə müzakirə etdik ki, onların 10% bəraət faizi var, andlılar məhkəməsində isə 50%. Bu, onun göstəricisidir ki, Gürcüstanda məhkəmə proseslərində rəqabət var və vəkilin fəaliyyəti müəyyən nəticələrə gətirib çıxarır”.

Aydin Bikebayev ölkədə rüşvətxorların daha çox bəraət almasının üç mümkün səbəbini qeyd edib.

“Ola bilər, Antikorrupsiya idarəsi polisdən 10 dəfə pis işləyir, amma yəqin ki, belə deyil. Oradakı kadrlar da eyniir, təxminən eyni universiteti bitiriblər. İkincisi, rüşvətxor məmurun daha çox nüfuzu və pulu var. Üçüncüsü, ola bilsin ki, onların daha yaxşı vəkilləri tutmaq və müdafiələrində daha diqqətli olmaq imkanları var”, - deyə vəkil təklif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR