İnsanlara hürriyət, millətlərə istiqlal!

Korotçenko Rusiyanın Ermənistanla bağlı 3 PLANINI AÇIQLADI 

2446 25.09.2023 16:33 Son xəbər A A

“Ermənistanda ictimai-siyasi vəziyyətin təhlili göstərir ki, müxalifət və etirazçı fəalların küçə aksiyaları, yürüşləri ilə Nikol Paşinyanın devrilməsinə nail olmaq cəhdləri uğursuz alınıb”.

Musavat.com xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, hərbi analitik İqor Korotçenko deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti hazırkı baş nazirin tərəfindədir, Ermənistan ordusu və yüksək rütbəli generallar isə gözləmə mövqeyi tutub: “Ermənistan vətəndaşlarının əksəriyyəti Qarabağın itirilməsinə biganəlik nümayiş etdirərək etiraz aksiyalarında önəmli faktora çevrilmədi. Paşinyan rejiminə son qoymaq üçün çoxsaylı narazı kütlə toplamaq mümkün olmadı”.

Analitik hesab edir ki, Rusiya siyasətinin və diplomatiyasının ən mühüm vəzifəsi Ermənistanı Rusiya Federasiyasının təsir orbitində saxlamaq, onun ABŞ və Fransanın tərəfinə keçməsinin qarşısını almaq, eləcə də KTMT-dən çıxmasına mane olmaqdır.

“Bununla belə, Rusiyanın Ermənistanda istifadə etdiyi “yumşaq güc” mexanizmi hazırda fəaliyyəti postsovet məkanında ABŞ-ın ən böyük səfirliyi tərəfindən əlaqələndirilən ABŞ/Qərb QHT-nin imkanlarından açıq-aydın aşağı səviyyədədir. Ermənistandakı “Rusiyayönlü fəallar”, məsələn, “Böyük Mak” olmaq həddinə qədər gücləndirilmiş Mika Badalyan və başqaları İrəvan ictimaiyyətində ciddi təsir yaratmır. Rusiyaya yeni ideyalar və bu ideyaları uğurla həyata keçirə bilən “yumşaq güc” kimi yeni kadrlar lazımdır”, - deyə İqor Korotçenko qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR