İnsanlara hürriyət, millətlərə istiqlal!

Koreyalı, yoxsa tuvalı... - Zelenski xalqı aldadıb?

1041 12.01.2025 12:52 Dünya A A

Ukrayna  ordusu iki Şimali Koreya əsgərini əsir götürüb. Bu barədə prezident Vladimir Zelenski Telegram kanalında məlumat verib. O qeyd edib ki, Kursk vilayətində iki əsgər yaralanıb. Onlar Kiyevə aparılıb, hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri onları dindirir.  “Bu, asan məsələ deyildi: adətən ruslar və digər Şimali Koreya əsgərləri yaralıları öldürür və Ukraynaya qarşı müharibədə başqa dövlətin – Şimali Koreyanın iştirakına dair heç bir sübutun olmaması üçün hər şeyi edirlər”, - deyə Zelenski yazıb.

Prezident əlavə edib ki, Şimali Koreya əsgərləri Ukrayna Silahlı Qüvvələrinin  84 saylı Taktiki Qrupuna təslim olublar. “Bütün məhbuslar kimi, bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilir.  Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalistlərin bu məhbuslarla görüşməsinə şərait yaratmağı tapşırıb. Dünya nə baş verdiyini bilməlidir”  - deyə, Zelenski əlavə edib.

Ukrayna  Şimali Koreya əsgərinin əsir götürülməsinin videosunu yayıblar. “Döyüş meydanından evakuasiya edildikdən sonra xüsusi təyinatlılar Şimali Koreyalı məhbusa ilkin tibbi yardım göstəriblər”, - deyə mesajda bildirilir.

Bundan əvvəl Ukrayna Quru Qoşunları  komandanı İvan Timoçko bəyan etmişdi ki, KXDR Rusiyadakı kontingentini artırmağı planlaşdırır. O qeyd edib ki, Şimali Koreya öz müharibəsinə hazırlaşır və buna görə də təcrübəli hərbi kadrlara ehtiyacı var.

Bu arada “The Times” yazır ki, Rusiya Şimali Koreya qoşunlarından “insan mina detektoru” kimi istifadə edir. Eyni zamanda qeyd edilir ki, KXDR qoşunları döyüş əməliyyatlarına yaxşı hazırlanıb və fiziki cəhətdən hazırliqlidırlar.

 Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki,  Zelenskinin  KXDR-dən olan döyüşçü kimi təqdim etdiyi hərbi əsir  əslində Tuva Respublikasından orduya qoşulub.  “Yanvarın 11-də Kiyev rejiminin başçısı Vladimir Zelenski Telegram kanalında Kursk vilayətində əsir götürüldüyü iddia edilən KXDR-dən olan döyüşçü Tuvadadır.  Zelenski də  fotolarda Tuva hərbçisinin hərbi biletin göstərməyib və bunun səbəbini  açıqlamayıb” deyə, regnum.ru bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR