İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresin Ukraynaya yardım layihəsində uzaqmənzilli raketlər də var

700 17.04.2024 23:05 Dünya A A

ABŞ Konqresinin təklif etdiyi Ukraynaya yardım qanun layihəsinə uzaqmənzilli ATACMS raketlərinin tədarükü də daxildir.

Musavat.com xəbər verir ki, sənəd Amerika qanunverici orqanının saytında yerləşdirilib.

Qanun layihəsi artıq Nümayəndələr Palatasına təqdim olunub.

“Bu qanun layihəsi qəbul edildikdən sonra prezident ATACMS-i Ukrayna hökumətinə göndərməlidir”, - mətndə deyilir.
Sənəd qəbul olunarsa, Kiyev ABŞ-dan 61 milyard dollar yardım alacaq. Bunlardan 23 milyardı Amerika arsenalını artırmaq üçün istifadə olunacaq, səkkiz milyardı isə Ukrayna maliyyə yardımı kimi alacaq.

Eyni zamanda, ABŞ prezidenti Co Bayden bu vəsaitlərin qaytarılması ilə bağlı Kiyevlə danışıqlar aparmalı olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR