İnsanlara hürriyət, millətlərə istiqlal!

Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub

1306 10.08.2023 21:04 İdman A A

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib.

Bakılılar “Neftçi Arena” adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar. Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.

“Beşiktaş” fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb. 79-cu dəqiqədə isə “Neftçi” qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və “Neftçi” Bakıda “Beşiktaş”a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.

***

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

“Report”un məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada qonaq komanda 3-cü dəfə fərqlənib.

62-ci dəqiqədə Salih Uçan hesabı komandasının xeyrinə 3:0-a çatdırıb.

***

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

“Report”un məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada yenə qonaqlar rəqibi məyus ediblər.

23-cü dəqiqədə Cekson Muleka hesabı komandasının xeyrinə 2:0-a çatdırıb.

***

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

“Report”un məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada ilk qolun müəllifi 14-cü dəqiqədə “Beşiktaş”ın futbolçusu Vensan Abubakar olub.

***

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

“Report”un məlumatına görə, “Neftçi Arena”da oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı isveçrəli hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandalar arasında İstanbuldakı cavab görüşü avqustun 17-də keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR