İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri: “2021-ci ildə ixrac idxalı 12.2 milyard dollar üstələyib”

512 31.05.2022 12:16 İqtisadiyyat A A

“Hesabat ilində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 45 dollardan 79% çox olmaqla 71.6 dollar təşkil edib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı söylədi.

Bildirdi ki, müvafiq olaraq, 2021-ci ildə ixrac idxalı 12.2 milyard dollar üstələyib, ölkənin məcmu valyuta ehtiyatları 2.5 mlrd dollar artaraq, 53 mlrd dollara və ya xarici dövlət borcunun 6 mislinə çatıb: “2021-də qeyri-neft məhsullarının ixracı real ifadədə 38.4% artaraq 2.7 mlrd dollar təşkil edib. Qənaətbəxş haldır ki, qeyri-neft idxalının qeyri-neft ixracı hesabına maliyyələşmə səviyyəsi əvvəlki illərə nisbətən yüksək olub, 2020-ci illə müqayisədə isə 7,4 faiz bəndi yüksələrək 29,0%-ə bərabər olub. Bu təqribən idxal olunan hər 3.3 dollar geyri-neft idxalının 1 dollarının qeyri-neft sektoru ixracı hesabına maliyyələşməsi deməkdir”.

 E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR