İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın ailəsi prokurorluğa çağırılıb

424 18.07.2023 16:45 Region A A

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun ailə üzvləri avqustun 1-də “qanunsuz yolla əldə edilmiş əmlak” işi ilə bağlı Baş Prokurorluğa çağırılıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Robert Köçəryanın kiçik gəlini, müğənni Siruşo baş verənlərə münasibət bildirib.

“Ardıcıl 5 ildir ki, mənə problem yaratmağa, haqqımda mənfi fikir formalaşdırmağa, işlərimə qarışmağa çalışırlar, bu günlərdə də vəziyyət belədir. Məndə artıq immunitet formalaşıb, buna biganə yanaşıram. Mən işimi davam etdirəcəm və həmişə olduğu kimi izləyicimlə əlaqəni saxlayacağam” - deyə Siruşo İnstaqram səhifəsində yazıb.

Xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə Baş Prokurorluğun ərizəsi əsasında Robert Köçəryanın və onunla bağlı olan 7 nəfərin (ailə üzvləri - həyat yoldaşı, uşaqları, həyat yoldaşları) əmlakı üzərinə həbs qoyulub.

Ermənistan Baş Prokurorluğu İrəvanda Kentron rayonunun inzibati binalarındakı 20 ədəd daşınmaz əmlakın, 2 nəqliyyat vasitəsinin, 18 xarici və Ermənistan şirkətində payların, 1,5 milyon dollar dəyərində əmanət və qiymətli kağızların, həmçinin 22 milyard dramın (56 milyon 695 milyon dollar) müsadirə edilməsində israrlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR