İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze: Biz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etmək istəyirik

442 18.11.2025 01:14 Dünya A A

Gürcüstan hələ də ABŞ ilə taktiki fasilə rejimindədir və strateji tərəfdaşlığı təmiz səhifədən konkret yol xəritəsi ilə bərpa etməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acaristan İctimai Televiziya və Radio Yayım Xidmətinin "Azad Məkan" verilişində bəyan edib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan hökuməti bu qərarla bağlı istənilən məsələni müzakirə etməyə hazırdır.

"Hazırda biz passivlik görürük. Əgər Gürcüstana münasibətdə qeyri-formal hökumət üstünlük əldə etməyə davam etsə, ola bilsin ki, heç nə dəyişməyəcək. Yeni administrasiya bu qarşıdurmada qalib gəlsə, yeni nəsə baş verə bilər. Biz səbirlə gözləyirik və ümid edirik ki, yekun nəticədə Amerika xalqının subyektiv maraqları qeyri-formal hökumət üzərində üstünlüyə nail olacaq", – deyə Gürcüstan hökumət başçısı yekunlaşdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR