İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze Bakı və İrəvan səfərinə hazırlaşır

521 14.03.2024 20:51 Siyasət A A

Gürcüstanın baş naziri İrakli Kobaxidze tezliklə Azərbaycana və Ermənistana səfər edəcək.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

“Bu şənbə Azərbaycana, bir həftə sonra isə Ermənistana səfər olacaq", - Kobaxidze bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvanda keçiriləcək görüşlərdə “bütün vacib məsələlər”, o cümlədən sülhün təmin olunması müzakirə olunacaq.

“Regionda sülhün təmin edilməsi vacibdir, burada bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb və buna uyğun olaraq, ikitərəfli münasibətlərin dərinləşməsi, regionumuzda, Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün hər şey ediləcək", - baş nazir əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR