İnsanlara hürriyət, millətlərə istiqlal!

Klub prezidenti Şamaxıda pis vəziyyətə düşdü

1424 17.04.2023 02:18 İdman A A

Şamaxıda yerli komanda ilə “Sumqayıt”ın oyununda maraqlı an yaşanıb.

Matçın ilk dəqiqələrindən başlayaraq yaşlı azarkeşlərdən biri üzünü bəzən meydana, bəzən də VİP-lojaya tutaraq yerli futbolçuların inkişafı ilə bağlı müxtəlif atmacalar atıb:

“Legionerləri yığıb gətirmisiz. Azərbaycanlı balalarını oynadın. Bizə qalan onlar olacaq. “Şamaxı” yerlilərə şans verən yeganə komandadır. Dünya yığmalarını xatırladırsız. Söz deyəndə də xətrinizə dəyir”.

Bütün bunlar “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin qulaqlarının dibində baş verib. Klubun rəhbəri özünü hər nə qədər təmkinli aparmağa çalışsa da, narahatlığı kənardan hiss olunub.

Vəziyyətlə uzaqdan tanış olan “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub Rəfiyevə yaxınlaşaraq ona təsəlli verib. “Sumqayıt”ın rəhbəri azarkeşin söylədiklərindən cana yığılmasını bildirəndən sonra Usubun cavabı qısa olub:

“Eybi yox, gələn dəfə sizə əks tərəfdə yer verərik”.//sportinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR