İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliniki Tibbi Mərkəzdən zərərçəkənlərin vəziyyəti ilə bağlı AÇIQLAMA

690 09.01.2024 12:52 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində zəhərlənmə səbəbilə 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Musavat.com-un məlumatına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Musavat.com-a bildirib ki, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib:

“Zərərçəkənlərin vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR