İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə möhtəşəm mərasim: diasporumuz Krım tatarları ilə çiyin-çiyinə   FOTO VİDEO

1025 19.05.2024 13:04 Dünya A A

2014-cü ildən indiyə qədər hər il 18 mayda Kiyevin mərkəzində - Müstəqillik Meydanında, Milli Xatirə Qazonunun yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin heyəti üçün dua mərasimi keçirilib.

Bu barədə Musavat.com-a Ukraynadakı diaspora fəalı, iş adamı Yalçın Qəhrəmanoğlu məlumat verib.
Mərasimdən əvvəl Ukraynadakı soydaşlarımıza müraciət olunub. Bildirilib ki, Ukraynada yaşayan köklü xalqlardan biri ilə - Krım tatarlarıyla həmişə birlikdə iştirak etmişik. Bu ildə sizləri həmişəkindən daha fəal şəkildə bu mərasimdə iştirak etməyə səsləyirik. Biz birlikdə güclüyük!

Y.Qəhrəmanoğlu Musavat.com-a bildirib ki, bu gün Krım tatarlarının tarixində ən ağır, faciəli günlərdir biri, bəlkə də birincisidir: “Sovet rejimi tatarlara qarşı soyqırım siyasəti yürüdərək 1944-cü il məhz bu gün onları kütləvi şəkildə, qeyri-insani formada vətənlərindən sürgün edib. On minlərlə Krım tatarı bu sürgündə həyatını itirib, vətənləri, evləri zəbt olunub. Bu ağrılı günü 2015-ci ildən başlayaraq Ukraynada dövlət səviyyəsində yad edirlər. Biz Kiyevdə yaşayan Azərbaycan icması da daim Krım tatar xalqının yanında olmuşuq. Bizi birləşdirən dəyərlər Krımın azadlığı uğrunda mübarizə, qurucu əcdadların yolu, Ukrayna dövlətinin ərazi bütövlüyüdür. Liderimiz Mustafa Ağa Cəmilovun rəhbərliyi ilə bu mübarizəmizdə qələbəyə nail olacağımıza əminik. Ukrayna əfsanəvi mübarizə insanlarının vətənidir. Olsun ki, hamı əfsanə ola bilməz. Amma əfsanələrlə birlikdə tarixə düşmək mümkündür. Nə qədər çətin də olsa, hamılıqla Ukraynanın ərazi bütövlüyünə nail olacağıq”.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR