İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev aydınlıq gətirdi: söhbət qərardan yox, nəzəriyyədən gedirdi

326 12.12.2025 13:57 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi "Le Monde" nəşrində yayılan və guya Ukraynanın Donbasda “demilitarizasiya zonası” yaratmağa hazır olduğu barədə məlumatı təkzib edib.

Musavat.com xəbər verir ki, Prezidentin müşaviri Dmitri Litvin jurnalistlərə açıqlamasında bildirib ki, məqalədəki məlumatlar səhv təqdim olunub. Onun sözlərinə görə, Prezident Administrasiyasının müşaviri Mixail Podolyak konkret qərarlardan deyil, yalnız nəzəri olaraq müzakirə oluna biləcək modellərdən danışıb.

Litvin vurğulayıb ki, belə həssas məsələlər yalnız ən yüksək siyasi səviyyədə və ya birbaşa Ukrayna xalqının qərarı ilə həll oluna bilər. Onun sözlərinə görə, bu mövqeni Prezident Zelenski də bir gün əvvəl açıq şəkildə təsdiqləyib.

Beləliklə, rəsmi Kiyev Donbasla bağlı hər hansı demilitarizasiya planının hazırda gündəmdə olmadığını və bu cür iddiaların reallığı əks etdirmədiyini bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR