Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Başak Dizer hamiləliklə bağlı xəbərin doğru olmadığını bildirib.
***
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ ikinci dəfə ata olmağa hazırlaşır.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Başak Dizernin 5 aylıq hamilə olduğu iddia edilir.
Məlumata görə, cütlük bu dəfə qız övladı gözləyir.
Xəbərlərdə bildirilir ki, ailə bu xoş xəbəri hələlik ictimaiyyətlə rəsmi şəkildə paylaşmayıb. Buna baxmayaraq, Türkiyə maqazin gündəmində yayılan məlumata əsasən, cütlük ikinci dəfə valideyn olmağın sevincini yaşayır.
Qeyd olunur ki, dünyaya gələcək körpənin qız olacağı bildirilir. Bununla bağlı Kıvanç Tatlıtuğ və Başak Dizer tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Fransanın paytaxtı Parisdə ailə qurublar. Cütlüyün 2022-ci ildə dünyaya gələn Kurt Efe adlı bir oğul övladı var. İddialar təsdiqini tapacağı təqdirdə, Kurt Efe ailənin yeni üzvü olan bacısını qucaqlamağa hazırlaşacaq.
Könül
Musavat.com






