İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişidən taksidə 69 yaşlı qadına qarşı ŞOK əməl: Artıq tutuldu YENİLƏNİB

1654 19.07.2024 13:48 Kriminal A A

Kürdəmirdə 69 yaşlı qadını döyərək üzərindəki pulunu alan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

Musavat.com xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Kərimova Tubu Musa qızını döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

Fakt araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR